Sabiq "Liverpul"lu "Mançester Yunayted"də?

"Liverpul"un sabiq futbolçusu Neko Villiams karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.

Sportline.az jurnalist Sami Mokbelin məlumatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün qarşı "Nottengem"ə 30 milyon avro ödəməyə hazırdır.

Uels millisinin üzvünün meneceri "Mançester Yunayted"lə danışıqlar aparır.

Qeyd edək ki, N.Villiams "Liverpul"un yetirməsidir.

Banner