Sabiq "Qarabağ"lı yenidən fərqləndi

2017/18 mövsümündə “Qarabağ”da oynamış Pedro Enrike Türkiyə superliqasında ikinci qolunu vurub.

Sportline.az xəbər verir ki, hazırda “Kayserispor”da oynayan braziliyalı yarımmüdafiəçi “Dənizlispor”a qarşı keçirilən 6-cı turun matçında (1:1) hesabı açıb.

Xatırladaq ki, daha əvvəl Pedro “Qalatasaray”la görüşdə də bir qol vurmuşdu.

Qeyd edək ki, Pedronun komandası hazırda superliqada 3 xalla 17-ci (18 iştirakçı arasında) yeri tutur.