Sabiq "Yuventus"lu "Milan"a keçə bilər

"Milan" "Marsel"in fransalı futbolçusu Adryen Rabiyonu heyətinə qatmağı düşünür.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatın istinadən xəbər verir ki, İtaliya klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.

30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rabiyo ötən mövsüm çıxış etdiyi 31 matçda 10 qol 6 məhsuldar ötürmə müəllifi olub.