Sabiq "Yuventus"lu "Milan"a transfer olacaq
"Liverpul"un futbolçusu Federiko Kyeza yenidən karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az jurnalist Sebastiano Sarnonun məlumatına istinadən xəbər verir ki, "Milan" italiyalı futbolçunu heyətinə qatmağa yaxındır.
27 yaşlı sağ cinah vingeri üçün "rossoneri" 10 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kyezanın "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, ötən mövsüm çıxış etdiyi 14 matçda 2 qol 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, F.Kyeza "Liverpul"la yanaşı karyerası ərzində "Fiorentina" və "Yuventus" kimi klublardada çıxış edib.