Sanço "Dortmund"da qayıda bilər

"Borussiya Dortmund" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonu heyətinə qatmağı planlaşdırır.

Sportline.az jurnalist Mark Kritkleyin məlumatına istinadən xəbər verir ki, Sanço üçün "Dortmund" klubu 30 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçu ötən mövsümün "Çelsi"də icarə əsasında keçirib. O, meydana çıxdığı 42 matçda 5 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Sançonun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.