Sanço "Napoli" yolundadır

Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Napoli" Sançonu heyətinə qatmağ üçün hərəkətə keçib.

25 yaşlı sol cinah vingeri İtaliya klubuna keçməyə müsbət yanaşır.

Qeyd edək ki, "Mançester Yunayted" Sanço üçün 25 milyon avro tələb edir. Tərəflər arasında danşıqlar davam edir.