Sanço üçün 3 klubdan təklif var
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sanço bu yay klubdan ayrıla bilər.
Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, 25 yaşlı sol cinah vingerini "Aston Villa", "Nyukasl Yunayted" və "Tottenhem" klubları transfer etmək istəyir.
Ceydon Sançonun dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avro olaraq qiymətləndirilir.
O, ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.
Qeyd edək ki, Sançonun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.