Sançonu İtaliya nəhəngi istəyir

Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçusu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportline.az "Sky İtalia"ya istinadən xəbər verir ki, "Napoli" Sançonu transfer etmək üçün hərəkətə keçib.

25 yaşlı sağ cinah vingeri müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, Sançonun dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avro olaraq qiymətləndirilir.