Sane "Bavariya"dan ayrılacaq

"Bavariya"nın almaniyalı futbolçusu Leroy Sane mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu Sane ilə yeni müqavilə imzalamayacaq.

29 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 13 qol 6 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Leroy Sane 2020-ci ilin yayında "Mançester Siti"dən "Bavariya"ya 49 milyon avro qarşılığında transfer olmuşdu.