Sane London klubuna keçə bilər

"Bavariya"dan azad agent kimi ayrılacaq almaniyalı futbolçu Leroy Sane yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal" L.Sanenin xidmətində maraqlıdır.

Baş məşqçi Mikel Arteta 29 yaşlı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Leroy Sane "Bavariya" ilə yeni müqavilə imzalamaq niyyətində deyil.