Savatçılarımızdan 5 medal

Avstriyanın Vayts şəhərində savat idman növü üzrə dünya kuboku keçirilib.

Sportline.az xəbər verir ki, komandamız burada 5 medal qazanıb. Aşağı yaş qrupunda Ağamirzə Mahmudbəyli (30 kq) çempion olub.

Gənc savatçılardan Ələkbər Xanməmmədov (56 kq) qızıl, Yasin İbrahimov (52 kq) və Məhəmməd Süleymanov (+75 kq) gümüş, böyüklərdən isə Beyrək Bağırov (80 kq) bürünc mükafata yiyələnib.