"Səbail" "Sumqayıta" qarşı
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - 36-cı turuna start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə bir görüş olacaq.
Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Səbail" "Sumqayıt"ı qəbul edəcək. “ASCO Arena”da keçiriləcək görüş saat 19:30-da başlanacaq.
Turun digər oyunları 24-25 may tarixlərinə təyin olunub.
23 may (cümə)
19:30.“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
“ASCO Arena”
24 may (şənbə)
17:00.“Şamaxı” – “Qarabağ”
19:30.“Sabah” – “Neftçi”
25 may (bazar)
17:00.“Turan Tovuz” – “Kəpəz”
19:30.“Araz-Naxçıvan” – “Zirə”