Semih Kılıçsoy Niderland klubuna icarə əsasında keçə bilər

"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy bu yay klubdan ayrıla bilər.

Sportline.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Niderlandın "Ultrex" klubu S.Kılıçsoyu icarə əsasında heyətinə qatmaq istəyir.

19 yaşlı futbolçunun meneceri "Ultrex"lə danışıqlar aparır.

Qeyd edək ki, Semih Kılıçsoyun "Beşiktaş"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

O, ötən mövsüm çıxış etdiyi 46 matçda 4 qol 6 asistlə yadda qalıb.