Sərbəst güləşçilərimiz lisenziya mübarizəsinə başlayırlar

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri başlanır.

Sportline.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər yarışacaq. Azərbaycanın 3 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.

57 kq çəki dərəcəsində Georgi Edişeraşvili, 86 kq-da Abubakr Abakarov, 125 kq-da isə Vahid Qalayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Dünya Təsnifat Turniri

6 may

Sərbəst güləş

57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan)

86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail)

125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya)

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək. Sərbəst güləşdə 65, 74 və 97 kq-da olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.