Serbiya 1/4 finala vəsiqə qazanıb
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin son matçı keçirilib.
Sportline.az xəbər verir ki, Serbiya komandası Gürcüstan üzərində qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Milli Gimnastika Arenasında baş tutan matçda Serbiya rəqibini 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.