Serbiya yığması Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında üçüncü yeri tutub

Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bürünc medal uğrunda oyunda Monteneqro və Serbiya yığmaları üz-üzə gəliblər.

Qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, finalda Azərbaycan və Macarıstan seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş saat 20:00-da start götürəcək.