Sergen Yalçın "Alanyaspor"dan ayrıldı

Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" baş məşqçisi Sergen Yalçınla yollarını ayırıb. 

Sportline.az xəbər verir ki, klub rəhbərliyi 47 yaşlı mütəxəssislə yeni müqavilə barədə razılığa gələ bilməyib. 

Qeyd edək ki, Sergen Yalçın ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. "Alanyaspor" çempionatı 44 xalla 9-cu pillədə başa vurub.