Serxio Ramosun yeni klubu bilindi

PSJ-dən ayrılan Serxio Ramosun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.

Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, təcrübəli müdafiəçi "Əl-İttihad"ın formasını geyinəcək.

35 yaşlı futbolçunun yaxın günlərdə yeni klubu ilə müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" da Ramosun xidmətində maraqlı idi.

Amma tərəflərin maliyyə məsələsində razılığa gəlmədiyi deyilir.