Serxio Robertonun gedişindən "Barselona"nın kapitanı bu futbolçu olacaq
""Barselona"nın yeni kapitanı qapıçı Andre Ter-Şteqen olacaq".
Sportline.az xəbər verir ki, bunu Mundo Deportivoya müsahibəsində "Barselona"nın baş məşqçisi Hans-Diter Flik deyib.
Kataloniya klubunun əvvəlki kapitanı Serxi Roberto idi. Futbolçu bu yay komandadan ayrılıb.
Qeyd edək ki, "Barselona" bu gün La Liqanın 1-ci turu çərçivəsində səfərdə "Valensiya" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 23:30-da start götürəcək.