"Sevilya" hücumçusuna yeni təklif edib

"Sevilya" hücumçusu Yussef En-Nəsriyə yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, əndəlislilər onunla yola davam etmək niyyətindədirlər.

Bu haqda tanınmış jurnalist Ekrem Konur X sosial şəbəkəsində məlumat yayıb.

Onun hazırkı müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.

26 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.