"Sevilya" rədd cavabı alıb
"Marsel"in sabiq çalışdırıcısı Marselino Toral "Sevilya"nın təklifini qəbul etməyib.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, baş məşqçi axtarışında olan əndəlislilərin təcrübəli mütəxəssislə danışıqları müsbət nəticələnməyib.
58 yaşlı baş məşqçi müqavilənin şərtlərində razılığa gəlməyib.
Qeyd edək ki, Marselinyo iyun ayında "Marsel"dən ayrılmışdı.