"Sevilya" Serxio Ramos mövzusuna aydınlıq gətirib

"Sevilya" Serxio Ramosun xidmətində maraqlı deyil.

Sportline.az xəbər verir ki, bunu AS nəşrinə açıqlamasında klubun vitse-prezidenti Nido Karrasko deyib: "Bu gün üçün Ramos bizim gündəmimizdə deyil. O, bizim akademiyada yetişmiş əla oyunçudur. Amma, hazırda o, "Sevilya" üçün variant deyil".

PSJ ilə yolları ayrılan müdafiəçinin "İnter Mayami"yə keçəcəyi bildirilsə də hələ ki, transfer rəsmiləşməyib.

Qeyd edək ki, Servio 2005-ci ildə "Sevilya"nı "Real"a dəyişmişdi.