"Sevilya" yeni transferi rəsmiləşdirir
İspaniyanın "Sevilya" klubu heyəti gücləndirir.
Sportline.az xəbər verir ki, İspaniya təmsilçisi "Tottenhem"in futbolçusu Alexo Velisin keçidini həll etmək üzrədir.
Bu haqda jurnalist Fabrisio Romano məlumat yayıb.
Onun sözlərinə görə argentinalı futbolçu mövsümün sonunadək icarə əsasında "Sevilya"da oynayacaq.
19 yaşlı hücumçu bu il 15 milyon avro müqabilində "Rosario Sentral"dan "Tottenhem"ə keçib.