"Sevilya"dan növbəti qələbə

İspaniya La Liqasında 16-cı tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan iki oyundan biri başa çatıb. "Sevilya" öz meydanında "Vilyarreal"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

"Sevilya" - "Vilyarreal" - 2:0
Qollar
: Okampos, 8, En Nesiri, 53

Bu nəticədən sonra "Sevilya" xallarını 26-a çatdıraraq 4-cü pilləyə yüksəlib. "Vilyarreal" eyni xalla 5-cidir. Turnir cədvəlinə 32 xalla "Atletiko" başçılıq edir.