"Sevilya"dan yeni transfer

"Sevilya" "Atalanta"nın yarımmüdafiəçisi Papu Qomesi transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, argentinalı oyunçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

İtaliya mətbuatı bu transfer üçün İspaniya təmsilşisinin 5.5 milyon avro və 3 milyon avro bonus ödəyəcəyini yazıb.

Qeyd edək ki, Qomes bu mövsüm A seriyasında 10 oyunda 4 qol vurub.