"Sevilya"nı Abaskal çalışdıra bilər

Moskva "Spartak"ının baş məşqçisi Gilyermo Abaskal karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssisin adı "Sevilya" ilə hallanır.

Bu haqda MuchoDeporte nəşri məlumat yayıb.

Moskva klubu ilə münasibətləri qaydasında olmayan Abaskal "Sevilya"nın baş məşqçi postuna ən real namizədlərdən sayılır.

Qeyd edək ki, Əndəlis təmsilçisi bir neçı gün əvvəl uruqvaylı çalışdırıcı Dieqo Alonsonu istefaya göndərib.