“Şamaxı” yeni transferini açıqlayıb

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportline.az xəbər verir ki, “şirlər” yarımmüdafiəçi Həbib İsmayılovu heyətinə qatıb.

22 yaşlı futbolçu növbəti mövsümü “Şamaxı”da keçirəcək.

Həbib İsmayılov son olaraq “Neftçi”də çıxış edib.