"Şaxtyor" rusiyalı qadınla əl sıxmayan və qadağa alan ukraynalı qılıncoynadanı dəstəklədi
Ukraynanın "Şaxtyor" futbol klubu qılıncoynatma üzrə Dünya çempionatında Rusiya idmançısı Anna Smirnova ilə əl sıxmaqdan imtina edən ukraynalı qılıncoynadan Olqa Xarlana dəstək bildirib.
Sportline.az xəbər verir ki, “Hərəkətinizi dəstəkləyirik! Biz səninləyək, Olqa Harlan ! Ayıb olsun sənə, Beynəlxalq Qılıncoynatma Federasiyası” - deyə “Şaxtyor”un mətbuat xidməti yazıb.
Xatırladaq ki, mundialın 1/32 final mərhələsinin görüşü 15:7 hesabı ilə ukraynalının xeyrinə başa çatıb. Döyüşdən sonra rus qadın əl sıxmaq üçün rəqibinə yaxınlaşmaq istəyirdi, lakin Harlan Smirnovanın ona yaxınlaşmasına mane olaraq qılıncını irəli atdı. Bundan sonra ukraynalı qılınc ustası trası tərk edib.
Anna Smirnova trasda rəqibini təxminən bir saat gözlədi, çünki FIE qaydalarına görə, döyüşdən sonra idmançılar bir-birini salamlamalı və əl sıxmalıdırlar. Yalnız bu halda duel başa çatmış sayılır. Reqlamentə görə, belə vəziyyətdə hakimlər günahkar idmançını diskvalifikasiyaya qədər cəzalandırmalıdır.