"Şaxtyor" türkiyəli futbolçu üçün hərəkətə keçib
"Şaxtyor"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, "Trabzonspor"un qapıçısı Uğurcan Çakır "Şaxtyor"un transfer siyahısında yer alıb.
Ukrayna klubunun baş məşqçisi Arda Turan həmyerlisini komandasında görmək istəyir.
Qeyd edək ki, Uğurcan Çakırın transfer qiyməti 15 milyon avro olaraq təyin olunub.
O, ötən mövsüm meydana çıxdığı 43 matçda qapısında 52 top görüb.
Xatırladaq ki, U.Çakırın "Trabzonspor" klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.