Şehiç İstanbul nəhənginin hədəfində

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç “Beşiktaş”ın transfer siyahısındadır. 

Sportline.az Türkiyə mətbuatında istinadən xəbər verir ki, “Erzurumspor”da oynayan bosniyalı futbolçu bu mövsüm göstərdiyi performansla diqqəti cəlb etməyi bacarıb.

31 yaşlı qapıçının “Beşiktaş”ın hədəfində olduğu bildirilir. İstanbul təmsilçisi mövsümün əvvəlində Şehiçi almaq istəsə də, o, ehtiyatda qalmaq istəmədiyi üçün təklifi qəbul etməyib. Ancaq “qara qartal” mövsüm sonu komandanın əsas qapıçısı Loris Kariusla yolları ayıracaq. Almaniyalı qolkiperin yerinə isə İbrahim Şehiçin düşünüldüyü qeyd edilib.

Qeyd edək ki, bosniyalı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.