Şehiç "Trabzonspor"un hədəfində

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını "Trabzonspor"da davam etdirə bilər. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi bosniyalı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, "Trabzonspor" İ.Şehiçin məxsus olduğu "Əskişəhərspor"a 700 min avroluq təklif ünvanlayıb. Tərəflər razılığa gəlsə, qapıçı qış transfer pəncərəsində Trabzona köçə bilər.

Qeyd edək ki, İ.Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Onun "Ərzurumspor"la 2020-ci ilin yayına qədər müqaviləsi var.