Şenol Günəş istefa verir?
Ötən tur Türkiyə Super Liqasında keçirilən "Beşiktaş" - "Fənərbağça" matçından (3:3) sonra "birincilər"in baş məşqçisi Şenol Günəşin istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.
SportLine.az xəbər verir ki, yayılan məlumatlara münasibət bildirən mütəxəssis, "Bu iddialar həqiqəti əks etdirmir", - deyə bildirib.
"NTVSpor"un məlumatında bildirilib ki, Ş.Günəş bu xəbərin hansısa jurnalistin uydurması olduğunu deyib: "Görünür, yenə kimsə xaos yaratmaq məqsədi ilə belə bir xəbər uydurub. Belə xəbərlərin hansı məqsədlərlə ortaya atıldığı, yəqin ki, hamıya bəllidir. İnsanların fikirlərini qarışdıran belə məlumatlara azarkeşlərimizin heç vaxt inanmamasını istəyirəm".
Qeyd edək ki, Ş.Günəş 2015-ci ildən "Beşiktaş"ın uğurları üçün çalışır.