Şeşkonu London nəhəngi istəyir

"Leipziq"in sloveniyalı forvardı Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Şeşko "Arsenal"ın transfer radarına düşüb.

21 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Şeşko bu mövsüm çıxış etdiyi 44 matçda 21 qol 6 asistlə yadda qalıb.