Şeydayev "Trabzonspor"a qayıtdı

Azərbaycan millisinin üzvü Ramil Şeydayev yenidən "Trabzonspor"un düşərgəsinə qayıdıb. SportLine.az xəbər verir ki, o, hazırda Antalyada təlim-məşq toplanışında olan komandaya bu gün qoşulub. Futbolçu komandadan ayrı yüngül məşqlərlə kifayətlənib.

Xatırladaq ki, “bordo-mavililər” gənc forvarda özünə klub tapmaq tapşırığı vermiş və onu məşqlərdən azad etmişdi. yerli mətbuat bir müddət əvvəl Ramil Şeydayevin “Samsunspor”a icarəyə veriləcəyini bildirmiş, lakin bu komandanın baş məşqçisi sonradan məlumatı təkzib etmişdi.