Simeone "Atletiko" ilə bağlı qərar verdi

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone karyerasının Madriddə davam etdirəcək.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, argentinalı mütəxəssis klubla müqaviləsinin müddətini artırmaq qərarına gəlib.

Yeni anlaşmaya əsasən o, 2027-ci ilədək "Atletiko"nun uğurları üçün çalışacaq.

Simeone uzun illər bağlı olduğu klub üçün fədakarlığa da razılaşıb.

Belə ki, 53 yaşlı mütəxəssis yeni müqavilədə məvacibinin azaldılmasına da qol çəkəcək.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən Madrid təmsilçisinin sükanı arxasındadır.