Simeone zədələnən futbolçunu məcbur oynadıb

“Atletiko”nun sağ cinah müdafiəçisi Daniel Vass ötən həftə “Barselona” ilə La Liqa matçında (2:4) debüt edib.

Sportline.az xəbər verir ki, ispan jurnalist Zak Loui yazıb ki, 46-cı dəqiqədə oyuna daxil olan Vass Ferran Torreslə mübarizə zamanı zədə alıb. “Futbolçusunu əvəzləmək yerinə baş məşqçi Dieqo Simeone Vassı axıra qədər oynamağa məcbur edib” -  deyə o yazıb.

Jurnalist qeyd edir ki, indi bütün bunlara görə Vass 6-8 həftə müalicə olunmalı olacaq.