Simeonedən qələbə şərhi

Dieqo Simeone Madrid derbisindəki qələbədən danışıb.

Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis Marca nəşrinə açıqlamasında "Real" üzərindəki 3:1 hesablı qalibiyyəti belə şərh edib: "Şadam ki, komanda yaxşı oyun keçirdi. 2:0-dan sonra geri çəkildiyimizdən rəqibin fərqlənməsinə imkan yarandı. İkinci hissədə belə davam etsəydi, uduza da bilərdik. Amma, Moratanın vurduğu qol bizi doğru yola qaytardı".

Qeyd edək ki, "Atletiko"nun qələbəsinə iki qol vuran Morata ilə Antuan Qrizmann əsas töhfəni verib.