Simone İnzaginin yeni iş yeri bəlli olub

İtaliyalı mütəxəssis Simone İnzagi Səudiyyə Ərəbistanının vitse-çempionu "Əl-Hilal"ın baş məşqçisi təyin olunub. 

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 49 yaşlı italiyalının müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

İyunun 3-də İnzaqi 2021-ci ildən rəhbərlik etdiyi "İnter"dən ayrılıb. Bu müddət ərzində "İnter" İtaliya çempionu, iki dəfə İtaliya kubokunun qalibi, üç dəfə İtaliya Superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalına yüksəlib, lakin "Mançester Siti"yə və PSJ-yə məğlub olub.