Soldadodan vida iddiası

"Fənərbağça"nın üzvü Roberto Soldadonun komandaya vida etməsi iddası yayılıb.

Sportline.az xəbər verir ki, ayrılıq söz-söhbətlərinin ardından məşhur futbolçu sosial şəbəkədə evindəki əşyaları topladığı barədə paylaşım edib.

Roberto Soldado 25 oyunda 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bunadək Roman Noyştader, Matyü Valbuena və Andre Ayu "Fənərbağça"dan ayrılıb.