Son karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
"Tottenhem"in cənubi koreyalı futbolçusu Hın Min-Son bu yay klubdan ayrılma ehtimalı yüksəkdir.
Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları Sonu transfer etmək istəyir.
32 yaşlı futbolçu ilə "Fənərbağça" klubuda yaxından maraqlanır.
Qeyd edək ki, Son Hın Min ötən mövsüm çıxış etdiyi 46 matçda 11 qol 12 məhsuldar ötürmə müəllifi olub.