Son "Tottenhem"dən ayrılır?
"Tottenhem"in cənubi koreyalı futbolçusu Hın Min Son yayda klubdan ayrıla bilər.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları Sonla yaxından maraqlanır.
32 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, "Tottenhem"in rəhbərliyi Hın Min Sona yeni müqavilə təklif edib.
Təcrübəli futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.