Spaletti “Əl-Nəsr”i çalışdıra bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Luçano Spalettini yeni baş məşqçi etmək niyyətindədir.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, 66 yaşlı italiyalı Stefano Piolini əvəzləyəcək namizədlər siyahısına başçılıq edir.

Məlumata görə, Piolinin Fiorentina"nın keçmə ehtimalı var.

Tezliklə Spaletti üçün rəsmi təklifin ediləcəyi gözlənilir. Ərəblər ona vergidən sonra ildə 12 milyon avrodan yüksək maaş təklif etməyə hazırdırlar ki, bu da Piolinin qazandığı məbləğdir.