Çexiyalı futbolçu "Espanyol"a keçib

"Yunion" Berlin dayaq yarımmüdafiəçi Aleks Kralı icarə əsasında "Espanyol"a göndərib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, tərəflər arasında 1 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu ötən mövsüm Almaniya klubunun heyətində 32 oyunda 1 qol vurub, 1 asist edib.

Qeyd edək ki, Aleks Kral daha əvvəl "Spartak", "Şalke", "Vest Hem" və "Slaviya" Praqa kimi klubların uğurları üçün çalışıb.