"Sportinq"də ayrılıq yaşana bilər
"Sportinq"in afrikalı futbolçusu Ousman Diomande klubdan ayrılmağa yaxındır.
Sportline.az "O Jogo"ya istinadən xəbər verir ki, "Çelsi", "Arsenal" və "Kristal Pelas" klubları Diomande ilə yaxından maraqlanır.
21 yaşlı stoperin Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Ousman Diomande ötən mövsüm meydana çıxdığı 46 matçda 2 qol 1 asistlə yadda qalıb.