"Sportinq"i "Aston Villa"ya dəyişə bilər

"Sportinq"in mozambikli futbolçusu Geni Katamo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "O Jogo"ya istinadən xəbər verir ki, "Aston Villa" Geni Katamo ilə yaxından maraqlanır.

24 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avrodur.

Qeyd edək ki, Katamonun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.