Starric "Trabzonspor"a keçdi

"Trabzonspor" Daniel Starrici heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu bu barədə klub rəsmi açıqlama yayıb. Qara dəzniz təmsilçisi "Liverpul"dan gələn İngiltərə millisinin üzvü ilə 2+1 anlaşma əldə edib. Forvard Türkiyə klubuna azad agent kimi keçib. 

"Trabzonspor" 29 yaşlı futbolçunun maaşını da açıqlayıb. O, 2019/20 və 2020/21 mövsümlərinin hər birində 1.5 miyon avro maaş alacaq. Müqavilədəki +1 şərti artırılsa, maaş yenə eyni məbləğ olacaq. "Trabzonspor" həmçinin ona 2 milyon avro imza haqqı ödəyəcək.

Qeyd edək ki, Daniel Starric karyerası ərzində "Mançester Siti", "Çelsi", "Liverpul", "Bolton" və "Vest Bromviç" kublarında çıxış edib. Futbolçu İngiltərə millisində keçirdiyi 26 oyunda 8 qol vurub.