Stenli kubokunun sahibi bilindi
Amerika Milli Hokkey Liqasının (NHL) qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, final seriyasının 5-ci matçında "Florida"ya 9-3 hesabı ilə qalib gələn "Veqas" komandası ümumi hesabda
4-1 hesablı üstünlüklə Stenli kubokuna sahib çıxıb.
Qeyd edək ki, "Veqas" klubu NHL-də mübarizə apardığı 6-cı mövsümdə bu uğura imza atıb.