Sterlinqin “Fənərbağça”ya transferi gündəmdədir
Ötən mövsümü icarə əsasında "Arsenal"da keçirən ingiltərəli futbolçu Rahim Sterlinq karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.
Sportline.az "Krampon Sports"a istinadən xəbər verir ki, İstanbul nəhəngi Sterlinq üçün "Çelsi" ilə danışıqlara başlayıb.
30 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilim yayına qədərdir.
Qeyd edək ki, Sterlinq karyerası ərzində daha əvvəl "Quens Park Reyncers", "Liverpul" və "Mançester Siti" kimi klubların şərəfini qoruyub.