Su İdmanı Sarayı jurnalistlər üçün yarış keçirəcək
Su İdmanı Sarayı jurnalistlər üçün yarış keçirəcək.
Sportline.az xəbər verir ki, Su İdmanı Sarayı Yeni il bayramı və Həmrəylik Günü münasibətilə jurnalistləri bir araya toplayır.
Belə ki, dekabrın 27-də stolüstü tennisdə yarışacaq media nümayəndələrindən ilk üç yeri tutanlara xüsusi mükafatlar veriləcək.
Yarış saat 11:00-da başlanacaq.
Ətraflı məlumatı Su İdmanı Sarayının sosial şəbəkə hesabından ala bilərsiniz.