Su İdmanı Sarayında Bakının unikal fotoları təqdim olunacaq
Su İdmanı Sarayı daha bir tədbirə ev sahibliyi edəcək.
Sportline.az xəbər verir ki, Fuad Axundov “Şəhərə quş uçuşu hündürlüyündən baxış” adlı maraqlı mühazirəsidə iştirak edəcək.
Mühazirədə köhnə Bakının unikal aerofotoşəkilləri təqdim olunacaq. Dünya müharibələri illərində şəhərə baxış, tarixi faktlar və inqilabdan əvvəlki Bakı bütün gözəllliyi ilə Fuad Axundovun müəllif mühazirəsində təqdim olunacaq.
Su İdmanı Sarayında keçiriləcək mühazirə 4 noyabr saat 18:00-da başlanacaq.